“Bir neçə futbolçunu nəzərdən keçiririk”
27.01.2013 - 01:52
“Hazırlığın ikinci mərhələsinə başlamışıq. Hər şey normal keçir. Qarşıda 3 oyunumuz var. Yanvarın 30-da 1, fevralın 3-də 2 matça çıxacağıq”. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyə toplanışı haqda fikirlərini açıqlayıb: “Çünki bu son gündür. Ertəsi isə Bakıya qayıdırıq. Hazırlıqlar yaxşı keçir. Bizi yalnız zədəlilər narahat edir. İki oyunçumuz toplanışda zədələniblər. Ümumilikdə hazırlıqlardan razıyam. Komandamızda baxışa gələn yeni oyunçu yoxdur. Düşünürəm ki, artıq baxışa oyunçu çağırmaqdan imtina etmişik. On nəfər çağırırsan və sonda yalnız biri qalır. Əvəzində hazırlıqlar da yoxlama oyunları da pozulur. Futbolçunu birbaşa müqaviləyə gətirmək lazımdır”.
Sxadadze transfer məsələlərinə də toxunub: “Bir neçə belə oyunçu var ki, onları nəzərdən keçiririk. Seçim edib onlardan birini götürə bilərik. Onların hamısı hücumçulardır. Artıq transfer etdiyimiz Yuri Fomenkoya gəlincə isə o, fiziki cəhətdən çox güclüdür. Onu yoxlama oyunlarında müxtəlif mövqelərdə də sınamışıq. Sadəcə komandaya uyğunlaşmasını gözləyirik. Biz nadir hallarda 2 hücumçu ilə oynadığımızdan Baçana Sxadadze – Fomenko cütünün meydanda olması haqda danışmaq tezdir. Onlardan hansını oynadacağına isə daha faydalı olmasından asılıdır”.
Vüqar Xeyrullayev
Antalya, Türkiyə

0
0