Məlikov və İsayev “Dənizlispor”a qələbə qazandırdı
27.01.2013 - 17:06
Məlikov və İsayev “Dənizlispor”a qələbə qazandırdı
Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin klubu Türkiyə PTT 1-ci liqasının XIX turunda “Qaziantep BB” ilə qarşılaşıblar.

1 tur öncə səfərdə “1461 Trabzon”a 0:3 hesabı ilə uduzan Dənizli təmsilçisi bu dəfə öz meydanda rəqibini məğlub etməkdə çətinlik çəkməyib. “Qaziantep BB” “Dənizlispor”un ilk hissədə vurduğu 2 qola ikinci 45 dəqiqədə cəmi 1 dəqiq zərbə ilə cavab veriblər.

Matçda həmişəki kimi Rail 90 dəqiqə oynayıb. Arif isə meydana 80-cı dəqiqədə çıxıb.

Qeyd edək ki, “Dənizlispor” qazandığı qələbə sayəsində xalını 24-ə çatdırıb və müvəqqəti də olsa 12-ci yerə yüksəlib.

Türkiyə PTT 1-ci liqası

XIX tur

27 yanvar

“Dənizlispor” - “Qaziantep BB” - 2:1