Cavid Hüseynovun komandası “Boluspor”a qarşı
27.01.2013 - 02:17
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” növbəti sınaq qarşısındadır. Apasport.az saytının məlumatına görə, yığmamızın futbolçusunun komandası Türkiyə PTT 1-ci liqasının 19-cu turunda “Çaykur Rizəspor”la münasibətlərinə aydınlıq gətirəcək.
Ötən tur evində “Boluspor”a minimal hesabla məğlub olan Adana klubu bu dəfə səfərdə rəqibini üstələməyə çalışacaq. Təmsilçimiz Hüseynovun yenidən komandasının heyətində yer alması gözlənilir. Baş məşqçi Mustafa Uğurun rəğbətini qazanan Cavid “Boluspor”la (0:1) qarşılaşmada 55-ci dəqiqədə meydanda mübarizə aparmışdır.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Adana Dəmirspor” keçirdiyi 18 oyundan 27 xal toplayıb və turnir cədvəlinin 7-ci yerdə qərarlaşıb. Eyni xala malik olan “Boluspor” isə Adana klubundan 1 pillə aşağıdadır.

0
0