“Rəvan”dan növbəti heç-heçə - FOTOSESSİYA
27.01.2013 - 02:34
“Rəvan”dan növbəti heç-heçə - FOTOSESSİYA
Topaz Premyer Liqasının 2013-cü ildəki bölümünə hazırlıqlarını davam etdirən "Rəvan” dünən növbəti yoldaşlıq matçını keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda Premyer Liqanın bir başqa təmsilçisi "Sumqayıt”la üz-üzə gəlib.

Baş məşqçi Ramil Əliyev yoxlama oyunu olduğundan yenə eksperimentlərindən qalmayıb. Fərqli taktikalardan və futbolçulardan yararlanan mütəxəssis bu dəfə hücumçunun arxasında Tofiq Mikayılovu sınayıb. 22 nömrəli futbolçu da məşqçinin etimadını doğruldaraq matçda hesabı açan futbolçu olub. Ancaq paytaxt təmsilçisi hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyib və matç 1:1 hesabi ilə başa çatıb.

Qeyd edək ki, bundan öncə “Rəvan” “Qaradağ Lökbatan”la da sülh bağlamışdır – 1:1.