“Monpelye” sevindi, “Marsel” büdrədi
27.01.2013 - 03:54
“Monpelye” sevindi, “Marsel” büdrədi
Fransa çempionatında 22-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun ikinci matç günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Renn”in qonağı olan “Marsel” rəqibinin müqaviməti ilə üzləşib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar hərəyə iki dəfə fərqlənərək meydandan sülhlə ayrılıb – 2:2.

Son ölkə çempionu “Monpelye” evində “Soşo”ya heç bir şansa verməyib. Rəqibini ilk hissədə vurduğu iki qolla məğlub edən çempionlar xalını 32-yə çıxarıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Fransa çempionatının 22-ci turunun digər oyunları bu gün keçiriləcək.


Fransa çempionatı

22-ci tur

25 yanvar

“Valensyen” – “Lion” - 0:2
Fofana, 8, Qomis, 28

26 yanvar

“Renn” – “Marsel” 2:2
Katerin, 59, Alessandrini, 88 - A.Ayev, 37, J.Ayev, 82

“Evyan” – “Ayaçço” 1:1
Vass, 53 - Olieks, 36

“Monpelye” – “Soşo” 2:0
Herrera, 28, Utaka, 34

“Nansi” – “Loryan” 2:1
Efulu, 36, Puyqrenyer, 71 - Aliadiere, 50

“Reyms” – “Tuluza” 1:1
Krikovyak, 74 - Kapu, 56

“Troye” – “Brest” 2:1
Kamus, 44, Darbion, 54 - Vasat, 61

27 yanvar

“Sent-Etyen” – “Bastiya”
“Nitsa” – “Bordo”
PSJ – “Lill”