Fil Dişi Sahilindən növbəti qələbə
27.01.2013 - 04:18
Afrika Millətlər Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin səkkizinci oyun günündə D qrupu çərçivəsində növbəti iki qarşılaşma reallaşıb.
Fil Dişi Sahili milli komandası Tunis yığması ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə Fil Dişi Sahili böyük hesablı qələbə qazanıb – 0:3.
Günün digər matçında isə qrupda hələ xal qazana bilməyən Əlcəzair Toqo ilə üz-üzə gəlib. Hər hissədə rəqibi bir dəfə mərkəzdən başlamağa məcbur edən toqolular meydandan qalib ayrılıb.
Bu matçlardan sonra Fil Dişi Sahili 6 xalla D qrupunun vahid lideridir. Aktivlərində 3 xal olan Toqo ilə Tunis müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıb.
Qeyd edək ki, doqquzuncu oyun günündə A qrupu çərçivəsində Kape-Verde Anqola ilə, Mərakeş isə CAR-la qarşılaşacaq.
Afrika Millətlər Kuboku
D qrupu
26 yanvar
Fil Dişi Sahili – Tunis – 3:0
Cervinyo, 21, Y.Ture, 88, D.K.Ya, 90
Əlcəzair – Toqo – 0:2
Adebayor, 32, Vome, 90

0
0