Ev sahibləri üçün uğursuz gün
27.01.2013 - 04:49
Ev sahibləri üçün uğursuz gün
İtaliya çempionatında 22-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.

“Latsio” turun açılış oyununda “Kyevo”nu qonaq edib. Paytaxt təmsilçisi gözlənilmədən azarkeşlərini məyus edib – 0:1.

Çempionatın lideri “Yuventus”da evində xal itkisi ilə üzülüb. “Cenoa” ilə qarşılaşan “Qoca Sinyora” meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

Qeyd edək ki, İtaliya çempionatının 22-ci turunun oyunlarına bu gün keçiriləcək səkkiz görüşlə yekun vurulacaq.


İtaliya A Seriyası

22-ci tur

26 yanvar

“Latsio” – “Kyevo” – 0:1
Paloşi, 61

“Yuventus” – “Cenoa” – 1:1
Kvalyarella, 51 – Boryello, 68

27 yanvar

“Bolonya” – “Roma”
“Atalanta” – “Milan”
“Kalyari” – “Palermo”
“Katanya” – “Fiorentina”
“Parma” – “Napoli”
“Sampdoriya” – “Peskara”
“Udineze” – “Syena”
“İnter” – “Torino”