Mançesterin hər iki klubu növbəti mərhələdə
27.01.2013 - 05:12
Mançesterin hər iki klubu növbəti mərhələdə
İngiltərə Federasiya Kubokunda dördüncü mərhələnin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bir matçdan ibarət bu mərhələnin ikinci görüş günündə on iki qarşılaşma baş tutub.

Səfərdə “Stok Siti” ilə üz-üzə gələn “Mançester Siti” inamlı qələbə qazanıb. Rəqibini minimal hesabı ilə üstələyən “zadəganlar” növbəti mərhələyə keçib.

Mançester şəhərinin digər təmsilçisi “Mançester Yunayted”də adını növbəti mərhələyə yazdırıb. Evində “Fulhem”i sınağa çəkən “qırmızı şeytanlar” qonaqları darmadağın edib – 4:1.

Qeyd edək ki, İngiltərə Federasiya Kubokunun dördüncü mərhələsinə bu gün yekun vurulacaq.


İngiltərə Federasiya Kuboku

4-cü mərhələ

25 yanvar

“Millvall” – “Aston Villa” – 2:1

26 yanvar

“Stok Siti” – “Mançester Siti” 0:1
“Bolton” – “Everton” 1:2
“Briqhton & Hove” – “Arsenal” 2:3
“Derbi Kounti” – “Blekbern” 0:3
“Huddersfield” – “Leycester” 1:1
“Hall Siti” – “Barnsli” 0:1
“Macclesfield” – “Viqan” 0:1
“Midlesbrouq” – “Alderşot” 2:1
“Norviç” – “Luton” 0:1
KPR – “Milton Keynes Dons” 2:4
“Ridinq” – “Şelfild Yunayted” 4:0
“Mançester Yunayted” – “Fulhem” 4:1

27 yanvar

“Brentford” – “Çelsi”
“Lids” - “Tottenhem”
“Oldham” – “Liverpul”