“Valensiya” çətin qələbəyə sevindi
27.01.2013 - 05:56
“Valensiya” çətin qələbəyə sevindi
İspaniya çempionatında 21-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə dörd qarşılaşma baş tutub.

Ötən tur evində “Barselona”nı 3:2 hesabı ilə üstələyən “Real“ (Socyedad) bu dəfə səfərdə “Selta”nın müqaviməti ilə üzləşib. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Bask təmsilçisi, ikinci yarıda hesaba tarazlıq gətirməyi bacarıb – 1:1.

Səfərdə “Deportivo” ilə üz-üzə gələn “Valensiya”da turu qələbə ilə başa vurub. Rəqibini 3:2 hesabı ilə məğlub edən “yarasalar” xalını 33-ə çıxararaq, turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

İspaniya La Liqası

21-ci tur

26 yanvar

“Selta” – “Real“(Socyedad) – 1:1
Dehli, 32 – Elustondo, 59

“Levante” – “Valyadolid” – 2:1
Barkero, 44, Rukavina, 90-avtoqol – Baraxa, 8

“Saraqoza” – “Espanyol” – 0:0

“Deportivo” – “Valensiya” – 2:3
Riki, 32; 45 – Conas, 1, Valdes, 63, Kosta, 90+2

27 yanvar

“Real” (Madrid) – “Qetafe”
"Rayo Valyekano" – “Betis”
“Barselona” – “Osasuna”
“Atletik” (Bilbao) – “Atletiko” (Madrid)
“Malyorka” – “Malaqa”

28 yanvar

“Sevilya” – “Qranada”