Aleksin ilk oyunu sülhlə nəticələndi
27.01.2013 - 06:57
Aleksin ilk oyunu sülhlə nəticələndi
Ötən mövsüm “Fənərbaxça”dan ayrılıb “Koritiba” ilə anlaşan Aleks de Souza yeni komandasının heyətində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun klubu “Kolon”la üz-üzə gəlib.

Meydana “Koritiba”nı kapitan sarğısında çıxaran Aleks künc zərbəsindən fərqlənməyi də bacarıb. Lakin oyunun baş hakimi qolu qeydə almayıb.

Qeyd edək ki, “Koritiba” - “Kolon” qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.