Əlcəzair – Toqo matçında qapı problemi - VİDEO
27.01.2013 - 07:53
Əlcəzair – Toqo matçında qapı problemi -  VİDEO
Afrika Millətlər Kubokunda maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, D qrupunda mübarizə aparan Əlcəzair milli komandası ilə Toqo yığmasının (0:2) qarşılaşmasında qapı dirəyi yerindən çıxıb.

Buna görə matçın hakimi görüşü dayandırmaq məcburiyyətində qalıb. Stadion nümayəndələri 13 dəqiqə boyunca dirəyi düzəltmək üçün səfərbər olunublar. Həmin şəxslərin səylər nəticə verməyincə, dirək birbaşa yerindən çıxarılıb və başqası ilə dəyişdirilib.