“Qəbələ” qələbəni əldən verdi - YENİLƏNİB
27.01.2013 - 17:47
“Qəbələ” qələbəni əldən verdi - YENİLƏNİB
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın "İnqolşdadt" (3:4) və Ukraynanın "Volın" (2:1) klublarının ardından “qırmızı-qaralar” sonuncu ölkəni təmsil edən "Metallurq"la (Zaparojye) qarşılaşıblar.

Bakı vaxtı ilə saat 16:00-da start götürən matç heç-heçə başa çatıb. Düzdür, “Qəbələ” qələbəyə yaxın olub. Lakin Ceyhun Sultanovun qolu ilə hesabda öndə olan Ramiz Məmmədovun yetirmələri qarşılaşmanın başa çatmasına 7 dəqiqə qalmış qapılarında qol görüblər.


“QƏBƏLƏ” (AZƏRBAYCAN) – “METALLURQ” (UKRAYNA) - 1:1
QOL: Ceyhun Sultanov, 51


Qeyd edək ki, əsası 1935-ci ildə qoyulan "Metalluq" Ukraynanın köklü klublarından hesab edilir. Komanda hazırda Ukrayna Premyer Liqasında mübarizə aparır.