“Bakı” Antalyanı heç-heçə ilə tərk edir – YENİLƏNİB
27.01.2013 - 21:29
Antalyada təlim-məşq toplanışında olan “Bakı” bu gün 1 yoxlama oyunu keçirməli olub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar”ın yerli vaxtla saat 15:15-də (Bakı vaxtilə saat 17:15-də) Qazaxıstanın aşağı divizion təmsilçisi “Kaspi” ilə planlaşdırdığı yoxlama oyunu təxirə salınıb.
Belə ki, qazaxlar son anda problemi çıxdığından, matça gələ bilmədiklərini deyiblər. Bakılılar başqa rəqib tapa bilmədiklərindən, bu gün yalnız Xorvatiyanın “Osiek” klubu ilə üzləşməli olublar. Özü də bu oyun “Mardan Palace” otelinin ərazisindəki “Topqapı” meydançasında keçirilib.
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç son oyuna 21 futbolçu aparıb. Bunlar Kamran Ağayev, Aqil Məmmədov, Rauf Əliyev, Nurlan Novruzov, Risto Ristoviç, Mario Martines, Aleksandr Şoliç, Krste Velkoski, Deyvidas Çesnauskis, Elvin Məmmədov, Mario Lukas Horvat, Georgi Popxadze, Edemir Rodriges, Junior Vilson, Lusian Qoyan, Aqil Nəbiyev, Novruz Məmmədov, Əziz Quliyev, Federiko Acuna Kabrera Federik, Pedro Avqustin Vera Brites, İliye İordaçedir. Kamranın ilk dəfə “Bakı”nın heyətində meydana çıxdığı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qalan 13 futbolçu – Vasif Rzayev, Vüqar Bəybalayev, Denis İvanov, Rəhman Hacıyev, Tural Qürbətov, Ülvi Quliyev, İbrahim Karqbo, Elşad Manafov, Elvin Əliyev, Samuel Ayson, Tanko Dyakov, Fedri Elmas, Şəhriyar Əliyevi Bandoviçin köməkçiləri yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə saat 19:00-da) komandanın qaldığı “Rixos” otelinin yaxınlığındakı meydançada məşqə çıxıb. Sabah isə “Bakı” Türkiyə toplanışını başa vuracaq.
“BAKI” (AZƏRBAYCAN) – “OSİEK” (XORVATİYA) - 0:0
Qeyd edək ki, “Bakı” bu oyundan öncə Almaniya “Berqiş Qladbax”ına qalib gəlib (1:0), Bolqarıstan “Eter”i ilə heç-heçə edib (1:1) və Macarıstan “Uypeşt”inə uduzub.

0
0