Aqil Nəbiyev seçimini etdi, Rauf Əliyev gözləyir
27.01.2013 - 11:38
“Bakı”nın yeni transferi Aqil Nəbiyev komandada çıxış edəcəyi nömrəni müəyyənləşdirib. Müdafiəçi apasport.az saytının əməkdaşıın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında artıq seçimini etdiyini bildirib.
Belə ki, Aqil 5 nömrəli formada oynacayacaq: “Bildiyiniz kimi, bu nömrə mənə doğmadır. 6 il AZAL-da oynadığım dövrdə 5 nömrəli formanı geydim. “Bakı”da onu daşımış serbiyalı müdafiəçi Duje Bakoviç artıq komandada yoxdur. Həmin 5 nömrəli forma hələ mənim üçün hazır olmadığından, yoxlama oyunlarında “4-ü” geydim. Ancaq Bakıya qayıdandan sonra çempionatda 5 nömrəli formanı daşıyacağam”.
“Zolaqlılar”ın qış fasiləsində heyətində qatdığı digər yeni futbolçu Rauf Əliyev isə gözləyir. Belə ki, hücumçu apasport.az-a açıqlamasında geyəcəyi formanı hələ müəyyənləşdirmədiyini söyləyib: “Mən indiyə kimi həm “Qarabağ”da, həm də bütün yığmalarda 11 nömrəli formada oynamışam. Ancaq “Bakı”da bu formanı Elvin Məmmədov daşıyır. Buna görə də hələ bununla bağlı qərar verməmişəm. Yoxlana oyunununda 15 nömrəli formanı geydim”.
Qeyd edək ki, “Bakı”nın heyətində cəlb etdiyi daha bir milli üzvü olan yeni futbolçu – qapıçı Kamran Ağayevin geydiyi “1 nömrə” boş olduğundan, onu götürməklə bağlı problemi yoxdur.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0