“Azərbaycan yığmasına qarşı oynamaq mənim üçün çox maraqlı olardı” - MÜSAHİBƏ
27.01.2013 - 13:55
“Bakı”nın və Latviya millisinin futbolçusu Denis İvanovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Türkiyədə bitməkdə olan təlim-məşq toplanışına necə qiymət verərdiniz?
- Məşqlər həqiqətən yaxşı, maraqlı gedir. Həm fiziki cəhətdən özümüzü yaxşı hiss edirik, həm də texniki cəhətdən yaxşı hazırıq. İlk həftədə qaçdığımızdan, fiziki gücü artırdığımızdan daha çətin idi. Ancaq ikinci həftə daha çox oyun hərəkətləri olduğundan, nisbətən asan oldu. İstənilən halda, təlim-məşq toplanışları həmişə ağırdır, bir qədər dözmək lazımdır.
- Turnir cədvəlində vəziyyətiniz elədir ki, “altılığ”a düşməyiniz sual altındadır. Siz bu haqda nə düşünürsünüz?
- Fikrimcə, “Bakı” kimi komandaya “altılıq”da yer olmalıdır. Sadəcə, bu nəticəyə nail olmaq lazımdır. Əsas hədəfimiz budur. Düzdür, bizdən irəlidə olanlarla xal fərqi az deyil. Ancaq fikrimcə, bunu aradan qaldırıb, “altılığ”a düşməyimiz realdır. Çoxlu lazımsız xal itkilərimiz olduğundan, qalan oyunların hamısında qalib gəlməkdən başqa yolumuz yoxdur.
- 10 heç-heçə etməklə, işinizi çətinə saldınız. Bunun səbəbi nədir?
- Səbəb bir şeylə bağlı deyil, hər şey xırda-xırda öz təsirini göstərir. Birmənalı nəsə demək çətin olduğundan, sualınıza cavab verə bilmərəm. Belə götürəndə, pis futbol göstərməsək də, nəticə yox idi.
- Artıq 2 ildir ölkəmizdə oynayırsınız. “Bakı”, paytaxtımız, çempionatımız haqda fikirləriniz necədir?
- Mən artıq bura öyrəşmişəm. Bakını çox bəyənirəm, gözəl şəhərdir. Düzdür, ilk vaxtlar yolda hərəkətlərin sıxlığına görə mənə çətin idi. Mənə bir avropalı kimi maşında gedəndə qaydalar çətin olsa da, artıq buna öyrəşmişəm. “Bakı” klubu prezidenti Hafiz Məmmədovun sayəsində çox güclü, sürətlə inkişaf edir. İndi çox yaxşı bazaya malikik. Hesab edirəm ki, hazırkı çempionat ilk gəldiyimdən, səviyyəcə daha üstündür. Çünki komandalar çox yaxşı stadionlara malik olub.
- Ancaq azarkeşlər oyunlara az gəlir...
- Bəli, bu, çempionatınız üçün ən böyük problemdir. Azərbaycanda yaxşı futbolçular oynasa da, stadionlarda azarkeş çatmır. Əgər arenalarınız dolu olsaydı, Azərbaycan çempionatı bir addım də irəli gedərdi.
- Sizi “Bakı”ya həmyerliniz olan baş məşqçi Aleksandr Starkov gətirmişdi. Artıq o, köməkçisi, Maris Verpakovski də yoxdur. Komandada yeganə latviyalı darıxmır?
- Əlbəttə, həmyerlilərim çatışmadığından, darıxıram. Ancaq dostum Maris hələ getməyib, komandadır. Sadəcə, Bakıda qalıb, əvəzedici heyətlə məşq etdiyindən, bura gəlməyib. Bizdə çox yaxşı kollektiv olduğundan, digər futbolçularımızla da ünsiyyət qururam.
- Sizcə, böyük ümidlərlə gətirən Starkov kimi tanınmış mütəxəssis niyə nəticə verə bilmədi? Onu indiki baş məşqçiniz Bojidar Bandovişlə necə müqayisə edərdiniz?
- Məşqçiləri müqayisə etmək çətindir. Hərəsinin öz üslubu var. Starkova böyük hörmətlə yanaşıram. Onu böyük adı, karyerası olan güclü mütəxəssis sayıram. Sadəcə, burda işi nəsə alınmadı. Azərbaycanın elə bir spesifik çempionatı var ki, heç də hamının işi uğurlu alınmaz. Təəssüf ki, Stakovda da belə oldu. Bandoviçlə isə münasibətlərimiz normal, işgüzardır. Heyəti baş məşçqi müəyyənləşdirir, mən onu müzakirə etmirəm.
- Komanda mərkəz müdafiəçisi axtarır. Bu mövqeyə oynayan Denis İvanov gələcək perspektivini necə görür?
- Futbolda hər şey ola bilər. Sabah bilmirsən ki, harda olacaqsan. Əlbəttə, sevdiyin, öyrəşdiyin, özünü rahat hiss etdiyin komandadan getmək istəmirsən. Mən heç nəyə fikir vermirəm və “Bakı”da qalıb, çıxışımı davam etdirmək istəyirəm. Mən özümü “Bakı”nın futbolçusu sayıram və ümid edirəm ki, müqaviləmin olduğu cari mövsümün sonuna kimi belə olacaq.
- “Bakı” artıq mərkəz müdafiəçisi alıb. Bu, millimizin üzvü Aqil Nəbiyevdir. Həmkarınızın oyununa necə qiymət verərdiniz?
- Mən onu az tanıyıram, elə də yaxşı görməmişəm. Buna görə nəsə demək çətindir. Ancaq ilk baxışdan yaxşı təsir bağışladı. Yaxşı oğlandır, yaxşı məşq edir.
- Siz bura gələnə kimi “Sivasspor”da oynamısınız. Bir-birinə çox yaxın olan Türkiyə ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətləri qeyd edərdiniz?
- Əlbəttə, bu ölkələr, dilləri bir-birinə çox oxşayır. Türkiyə futbolunu Azərbaycandan əsas fərqləndirən insanların bu idman növünə ağlasığmaz sevgisinin olmağı, stadionlara çox gəlməyidir. Fikrimcə, ölkənizdə bu çatışmır. Ancaq Azərbaycanda mənə ona görə rahatdır ki, burda rus dilini bildiklərindən, ünsiyyət qururam. Türkiyədə isə əlavə ingiliscə danışırlar, onu da hamı bilmir. Dilinizdə bir çox şeyləri başa düşürəm. Elementar şeyləri, məsələn, mağazaya getsəm, lazım olanları deyə bilərəm.
- Artıq uzun müddətdir müsəlman ölkəsində yaşayırsınız...
- Mənə çətin deyil, heç bir problemim yoxdur. Hərənin öz dini var və mən buna normal yanaşıram. Sivasdan da məndə yaxşı təəssüratlar qalıb. Orda da dinə böyük önəm verirdilər. Mənə yeni şey öyrənmək baxımından çox maraqlı idi. Çünki ilk oynadığım müsəlman ölkəsi Türkiyə olub.
- Millinizi Azərbaycan yığmasından güclü sayırsınız?
- Mən Azərbaycan yığmasına qarşı oynamamışam. Ancaq bilirəm ki, millimiz sizinlə bir neçə dəfə oynayıb. Oynamadığımdan, müqayisə aparmağım çətindir. Ancaq burda çıxış edərək, yığmanıza qarşı oynamaq mənim üçün çox maraqlı olardı. Bunu böyük məmnuniyyətlə edərdim. Düşünürəm ki, yaxşı matç olardı.
- Yığmamızı necə dəyərləndirərdiniz?
- Mən ötən il oyunlarınıza baxıb, bəyənmişəm. Yaxşı yığmanız var.Rauf Əliyevin qol vurduğu Şimali İrlandiya ilə səfər oyununda qələbəni son saniyələrdə əldən verdiniz. Bakıda İsrail yığmasına da qarşı oynadınız. Həm bizim, həm də sizin yığmada yaxşı futbolçular var. Kimin güclü olduğunu sözlə yox, meydanda bir-birimizə qarşı oynayanda demək olar.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0