Denis İvanovla Maris Verpakovski Yaponiyaya gedirlər
27.01.2013 - 14:11
“Bakı”nın latviyalı futbolçuları – Denis İvanovla Maris Verpakovski milli komandalarından növbəti dəvət alıblar. İvanov apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında fevralın 6-da Yaponiya yığması ilə səfərdə keçirəcəkləri yoldaşlıq görüşünə çağırıldıqlarını bildirib.
Denisin sözlərinə görə, “Bakı”nın təlim-məşq toplanışı bitəndən sonra birbaşa Vətəninə yollanacaq: “Riqaya gedib, 2 gün istirahət edəcəyəm. Ordan da millinin düşərgəsinə gedəcəm. Bilirəm ki, Yaponiya uzaq ölkə olduğundan, uçuş xeyli sürəcək. Azərbaycan yığması da ötən il ora yoldaşlıq görüşünə getmişdi. Artıq ölkənizdə yox, Latviyanın “Metallurq” klubunda oynayan qapıçı Pavel Doroşev də həmin oyuna çağırılıb. Millimizin baş məşqçisi Aleksandr Starkov ölkəniz, futbolunuz, “Bakı” ilə daim maraqlanır. Mən həmişə yığmaya gələndə, məndən vəziyyəti soruşur və hamıya salamlarını göndərir”.
Qeyd edək ki, Strakov vaxtilə “Bakı”nın baş məşqçisi, Doroşev “Qəbələ”nin futbolçusu olub. “Zolaqlılar”ın transferə çıxardığı Verpakosvki isə son günlərdə məşq etdiyi Bakıdan Riqaya gedəcək.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0