“Vasko de Qama”nın sabiq futbolçusu “Bakı”da
27.01.2013 - 15:00
“Bakı”nın düşərgəsində daha 2 yeni legioner yer alıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, paraqvaylı futbolçular – Federiko Acuna Kabrera Federik və Pedro Avqustin Vera Brites “zolaqlılar”a baxışa gəlib. Onlar bu gün yoxlama oyununda sınanacaqlar.
27 yaşlı Akuna mərkəz müdafiəçisidir. Karyerası əsasən vətəninə bağlı olan futboçu 2007-ci ildə Argentinaya gedərək, məşhur “Veles Sarsfild”də müqavilə bağlamaya yaxın olsa, sonda bu ölkənin digər təmsilçisi “Gimnasiya”ya keçirib. O, burada 1 ildə 27 oyunda meydana çıxaraq, 1 qol vurub. 2009-cu ilə Paraqvaya qayıdan Federiko “Quarani”də oynayır.
28 yaşlı Britesin da karyerası daha çox vətəninə bağlı olsa da, o, həmyerlisindən fərqli daha çox klublarda oynayıb. 2009-cu ildə Braziliyanın məşhur klubu “Vasko de Qama” ilə müqavilə bağlayan oyun qurucusu oktyabrda ordan gedib. 2011-ci ildən Çilidə oynayan Pedro əvəvlcə “Kobreloa”, ardından “Rangers”də çıxış edib. O, 37 matçda 1 dəfə fərqəndiyi “Kobreloa” ilə 2011-ci ildə Çili çempionu olub. Yarımmüdafiəçi 2012-ci ildən formasını geydiyi son klubunda 13 matçda meydana çıxıb.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0