“Qəbələ” onu heyətinə qatmaqda yanılmayıb” - MÜSAHİBƏ
27.01.2013 - 18:53
“Qəbələ” onu heyətinə qatmaqda yanılmayıb” - MÜSAHİBƏ
“Qəbələ”də baxışda olan rumıniyalı yarımmüdafiəçi Vasile Georgenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Necə oldu ki, “Qəbələ”yə baxışa gəldiz?
- Rumıniyalı menecerim “Qəbələ”nin yarımmüdafiəçi axtardığını mənə dedi. Tapşırdı ki, özümü orda yoxlayım.

- Bu komandanın düşərgəsinə gəlməzdən öncə “Qəbələ” haqda hansısa məlumata malik idiz?
- Açığı, bəli desəm, yalan olar. Yalnız Azərbaycan klubu olduğunu bilirdim.

- “Qəbələ”ni vaxtilə tanınmış ingilis futbolçu Toni Adamsın çalışdırdığını da bilmirdiz?
- Bilirəm. Bu, böyük qüsürdur. Ancaq bilmirdim.

- “Qəbələ” artıq bir rumıniyalı futbolçunu heyətinə qatıb...
- Bu haqda məlumatım var. Kristian Pulhak özü mənə bu haqda deyib. O, çox yaxşı futbolçudur. Uzun müddət Buxarest “Dinamo”sunda çıxış edib. Məncə, “Qəbələ” onu heyətinə qatmaqda yanılmayıb.

- Məsələn, Pulhak bura gələrkən Adrian Skarlatake və Rezvan Tsarlya ilə məsləhətləşib. Bəs siz kiminlə bu haqda söhbət etmisiz?
- Skarlatakeni tanısam da, Tsarlyanı tanımıram. Mənim dostum Adrian Pitdir. Səhv etmirəmsə, o, “Xəzər Lənkəran”da çıxış edir. Biz Kluj “Universitatya”sında bir yerdə çıxış etmişik. Ancaq onunla hələ görüşüb danışmaq imkanım olmayıb.

- Onun da Antalyada olduğunu bilirsiz?
- Doğrudan? O da “Qloriya”dadır?

- Yox. O, “Xəzər Lənkəran”ın qaldığı “Ela Quality”dədir... Bəs Mirça Redniki necə, tanıyırsız?
- Onu Rumıniyada hamı tanıyır. Yaxınlarda “Petrolul”da idi, indi isə Belçikada “Standard”da baş məşqçidir. O, çox yaxşı çalışdırıcıdır.

- “Qəbələ”dən başqa, hansısa klublara təklif olunmuşduz?
- Yox.

- “Volın”la oyunda ilk dəfə “Qəbələ”nin heyətində meydana çıxdız...
- Yaxşı təəssüratlarım var. “Qəbələ” həmin oyunda çox yaxşı təsir bağışladı.

- Hansı mövqedə çıxış edirsiz?
- Yarımmüdafiənin mərkəzində və sağında oynaya bilirəm.

Səbuhi TOFİQOĞLU
ANTALYA