Sergey Zaytsev: “Qəbələ”yə qalib gəlməli idik... - MÜSAHİBƏ
27.01.2013 - 20:28
Sergey Zaytsev: “Qəbələ”yə qalib gəlməli idik... - MÜSAHİBƏ
Zaporojye “Metallurq”unun baş məşqçisi Sergey Zaytsevin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “İnter”dən sonra daha bir Azərbaycan klubu olan “Qəbələ” ilə qarşılaşdız. Oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Sizin komanda ilə oyuna biz çox ciddi yanaşmadıq. Futbolçularımda müəyyən çatışmazlıqlar var və bunun üzərində çalışacağıq. Biz bu oyunda qalib gəlməliydik, ancaq təəssüf ki, istədiklərimizi həyata keçirə bilmədik. “Qəbələ” pis komanda deyil. Texniki və taktiki cəhətdən yaxşı qurulmuş komanda təsiri bağışladı. Ancaq təbii ki, bu gün məni öz komandamın taleyi narahat edir. Halbuki futbolçularımdan başqa cür oyun gözləyirdim.

- “Qəbələ”də hansı futbolçuları yaxşı oyununa görə qeyd edərdiz?
- İkinci yarıda sol cinah yarımmüdafiəçisi yaxşı təsir bağışladı. Çox sürətli idi. Bir də hücumçunuz yaxşı oynayırdı. Ümumiyyətlə, “Qəbələ” fasilədən sonra daha yaxşı görünürdü.

- Oyundan əvvəl həmyerliniz Aleksandr Çertoqanovla görüşdüz?
- Bəli.

- Maraqlıdır, nə haqda danışdız?
- Elə-belə hal-əhval tutduq. Ötən il də Çertoqanovla toplanışlardan birində görüşmüşdük.

- Bu komandalar arasında oyun əvvəlcə ayın 28-i baş tutmalıydı. Niyə bir gün erkən oynadız?
- Bunu mən də bilmirəm. Əvvəl yanvarın 28-də oynamalıydıq. Ancaq hansısa səbəbdən “Qəbələ” tərəfi bu gün oynamağızı istədi. Biz də razılığımızı verdik.

Səbuhi TOFİQOĞLU
ANTALYA