“Parksın zədəsi elədir ki, sağalmağı 6 ay da çəkə bilər”
28.01.2013 - 00:03
“Parksın aldığı zədə çox ciddidir. İndi bu haqda indi danışa bilmərik. Onun vaxta ehtiyacı var”. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O, uzun müddətdir zədə üzündən oynamayan kosta-rikalı hücumçusu Uiston Parksın vəziyyətinə aydınlıq gətirib.
Bandoviçin sözlərinə görə, Parksın zədəsi yüngül olmadığından, tam sağalmağını gözləməli, riskə getməməlidirlər: “Bu, elə zədə deyil ki, 1-2 aylıq olsun. Biz vəziyyətinin necə olacağını gözləyəcəyik. Əlbəttə, hər hansı oyunçu sağlamdırsa, onun xidmətindən yararlanmaq, bizə kömək etməyini istərdik. Mən bilmirəm ki, Uinstonun zədədən sonra hazırlığı yaxşı olacaq, yoxsa yox. Bu, elə zədədir ki, 6 ay da çəkə bilər. Biz ilk növbədə futbolçumuzun sağlamlığı haqda düşünməliyik. O, gəlib fiziki cəhətdən hazır olsa, əlbəttə, istifadə edərik”.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0