“Bakı” Bakıya qayıdır
28.01.2013 - 00:17
“Bakı” Türkiyədə keçirdiyi təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yanvarın 14-dən “Rixos” otelində məskunlaşan “zolaqlılar” hazırlığı yekunlaşdırıb Vətənə dönür.
Komanda yerli vaxtla saat 11:10-da (Bakı vaxtilə saat 13:10-da) Antalyadan İstanbula hava reysi ilə gələcək. Ordan İstanbul – Bakı təyyarəsinə minəcək paytaxt klubunun üzvləri saat 19:35-də Heydər Əliyev Beynəlxalq Aeroportunda olacaqlar.
“Bakı”nın Antalyada yığmanın üzvlərinə yollanan futbolçularından U-21-də olan müdafiəçi Şəhriyar Əliyevin komanda ilə birgə qayıtmağı nəzərdə tutulub. Hücumçu Namiq Ələsgərov isə təlim-məşq toplanışının sonuna kimi olacağı U-19 ilə birgə fevralın əvvəlində Bakıya dönəcək.
Qeyd edək ki, “Bakı” Antalyada 4 yoxlama oyunu keçirərək, onun 1-də qalib gəldi, 1-də uduzdu, 2-ni heç-heçə etdi.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0