“Qəbələ”nin yeni transferləri
28.01.2013 - 09:00
“Qəbələ”nin yeni transferləri
“Qəbələ”nin düşərgəsini 3 futbolçu tərk edib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baxışda olan Mustafa Dabo, Luka Jinko və İfeanyi Emeqara İstanbula yollanıb.

Onlar orda Acıbadem Xəstəxanasında tibbi baxışdan keçəcək. Əgər ciddi zədə aşkarlanmasa, deməli, bu 3 oyunçunu da “Qəbələ”nin yeni transferləri adlandırmaq olar.

Qeyd edək ki, bundan öncə Kristian Pulhak tibbi baxışdan keçmək üçün İstanbula yollanmışdı. Seneqallı Dabo hücumçu, sloveniyalı Jinko dayaq yarımmüdafiəçisi və Emeqara isə sağ cinah müdafiəçisidir.

Baxışda olanlardan Vasile George, Fuad Heydərov və Fərhad Qınsarovun isə göndəriləcəyi gözlənilir. Çünki Amit Quluzadə, Luka Jinko, Elmar Baxşiyev, Aleksandr Çertoqanov və Yaşar Abuzərov Georgenin çıxış etdiyi dayaq yarımmüdafiəsi xəttində oynayır.

Dağıstanlı futbolçular isə “Metallurq”la matçda ümidləri doğrultmayıb. Yalnız sol cinah müdafiəçisi Nikola Valentiçin komandaya götürülməsi şansları da yüksəkdir.

Səbuhi TOFİQOĞLU
ANTALYA