Cavid Hüseynov komandası 3 pillə irəlilədi
28.01.2013 - 09:28
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynov “Adana Dəmirspor”un heyətində Türkiyə PTT I liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçiumizin komandası XIX turda “Çaykur Rizəspor”un qonağı olub.
Bu matçdan öncə evdə “Boluspor”a minimal hesabla məğlub olan Adana klubu bu dəfə meydanı qələbə ilə başa vurub – 2:1. Hüseynov meydana 89-cu dəqiqədə çıxıb.
Qeyd edək ki, “Adana Dəmirspor” qələbə sayəsində 19 oyundan sonra xalını 30-a çatdıraraq, 7-ci yerdən 4-cü yerə yüksəlib.

0
0