“Simurq” darmadağın oldu - YENİLƏNİB
28.01.2013 - 19:13
“Simurq” darmadağın oldu - YENİLƏNİB
Antalyada hazırlıq keçən “Simurq” bu gün daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Xorvatiyanın “Slaven” klubu ilə üz-üzə gəlib.

Hələlik keçirdiyi 3 qarşılaşmada qələbə qazana bilməyən Giorgi Çixradzenin yetirmələri bu dəfə də məğlubiyyət acısı yaşayıblar. Belupo təmsilçisi 59-cu dəqiqəyə qədər “Simurq”un qapısından 3 cavabsız qol keçirib. Bundan sonra zaqatalalılar 64-cü dəqiqədən meydanda 10 nəfərlə mübarizə aparıblar və hesabın artmasına imkan verməyiblər.


“SİMURQ” (AZƏRBAYCAN) – “SLAVEN” (XORVATİYA) - 0:3

QIRMIZI VƏRƏQƏ: Dilavər Zrnanoviç, 64

Qeyd edək ki, “Simurq” Belupa təmsilçisindən öncə Bolqarıstan MOİK-i (3:3) və Rusiya “Tom”u (1:1) ilə heç-heçə oynayıb, Qazaxıstan “Akjayik”inə (0:1) uduzub.