“Özüm də bilmədim ki, necə oldu “Rəvan”a keçdim” - MÜSAHİBƏ
28.01.2013 - 15:01
“Qəbələ”nin futbolçusu Amit Quluzadənin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- “Qəbələ”dən başqa, sizinlə maraqlanan klublar vardı?
- Başqa komandalardan təkliflərim vardı. Sözün düzü, “Qəbələ”dən təklif olduğunu eşidincə, başqa klubların maraqlarına ciddi fikir vermədim. Çünki eşitmişdim ki, Ramiz müəllim məni şəxsən “Qəbələ”də görmək istəyir. Bu komandadan təklif alan kimi karyeram üçün bu klubun daha yaxşı variant olduğunu fikirləşdim.
- Sabiq komandanız “Neftçi”yə qayıtmaq variantınız vardı?
- Danışığımız oldu. Gedib “Neftçi”dən halallıq aldım. Çünki o vaxtdan demişdim ki, hansısa komandaya keçməzdən öncə birinci sizinlə danışacam. Ancaq yalnız halallıq söhbəti oldu. Komandaya qayıtmaq haqda danışmadıq.
- Yəqin ki, özünüz də etiraf edərsiz ki, ora qayıtsaydız, heyətə düşmək imkanınız az olacaqdı...
- Əlbəttə. Ancaq səhvi mövsümün əvvəlində etdim. Özüm də bilmədim ki, necə oldu “Rəvan”a keçməyə razılıq verdim. Halbuki elə komandalardan təkliflər vardı ki... Türkiyənin I dəstəsinin 3 klubu məni heyətinə qatmaq istəyirdi. Klub prezidenti səviyyəsində mənə zəng də olmuşdu. Ancaq nə oldusa, işlər tərsinə getdi. Heç özüm də nə etdiyimi bilmədim.
- Bir də gördünüz ki, “Rəvan”dasız?
- Bəli. Bir də gördüm ki, “Rəvan”dayam. Əslində bu komandaya keçməkdə məqsədim Bəhmən Həsənov idi. Çünki o mənim uşaqlıq müəllimim olub. O məndən xahiş etdi, mən də az pul alsam da, bu komandaya keçib kömək edəcəyimi düşündüm. Bu üzdən razılıq verdim. Orda da Cevat Gülərin vaxtında işlərim qaydasında gedirdi. Birdən-birə məşqçi dəyişikliyi olunca, mənə qarşı da münasibət dəyişməyə başladı.
- Onsuz da Kemal Alispahiçlə Bəhmən Həsənovun da arası dəymişdi...
- Vallah, bunu bilmirəm. Onu bilirəm ki, Alispahiç ilk dəfə gələndə mənim haqda elə yaxşı sözlər işlədirdi ki... Həmin sözlərdən sonra məni oynatmırdısa, deməli, nəsə orda qaranlıq məqamlar vardı.
- Bəhmən Həsənov Nemanya Vidakoviçi hücumda yox, yarımmüdafiədə oynatdığı üçün Alispahiçə irad tutmuşdu. Bu da bosniyalı məşqçinin xoşuna gəlməmişdi. Az sonra Həsənov “Rəvan”dan ayrılmışdı. Bəlkə onun tələbəsi olduğunuz üçün güdaza getmisiz...
- Vallah, nə deyim. Düzdü, “Rəvan” karyeram uğursuz alındı. Ancaq orda böyük təcrübə qazandım.
- “Qəbələ” ilə müqavilə bağlamasanız da, Antalyadan qayıtdıqdan sonra anlaşmaya imza atacağınız dəqiqdir? Neçə illik müqavilə olacaq?
- 1,5 illik müqaviləni danışmışıq.
- U-21-in toplanışına getmişdiz. Orda ab-hava necədir?
- Orda hər şey yaxşıdır. Əslində fevralın 1-nə kimi orda qalmalıydım. Ancaq baş məşqçidən xahiş etdim ki, məni erkən buraxsın. Çünki yeni komandadayam. Gərək uşaqlara uyğunlaşım. Sağ olsunlar ki, istəyimi yerə salmadılar. Orda da Almaniyanın “Homburq” komandası ilə yoxlama oyunu keçirdik. 2:0 hesabı ilə qalib gəldik. Yeri gəlmişkən, “Sumqayıt”da oynamış Ərdal Çəlik də o komandada idi.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0