“Qarabağ” üçün daha bir rəqib
28.01.2013 - 15:26
“Qarabağ” üçün daha bir rəqib
“Qarabağ”ın Antalya hazırlığında növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama matçını “Turnovo”ya qarşı keçirəcək.

Makedoniya təmsilçisi ilə görüş sabah Bakı vaxtı ilə saat 17:00-da, komandanın Bələkdə məskunlaşdığı “İC Santai”nin futbol meydançasında baş tutacaq.

Qeyd edək ki, az öncə “Turnovo” “Neftçi” ilə də gücünü yoxlamışdı və 1:2 hesabı ilə uduzmuşdu.