“Xəzər Lənkəran”ın sonuncu rəqibi məlumdur
28.01.2013 - 18:00
Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Xəzər Lənkəran”ın fevralın 2-ə nəzərdə tutulan son yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəran təmsilçisi Bolqarstan Premyer Liqasında çıxış edən “Eter”lə qarşılaşacaq.
Bu oyundan sonra “ağ-yaşıllar” Antalyada daha 2 gün hazırlıq keçib Vətənə dönəcək.
Hazırda isə komandanın məşqləri davam edir, futbolçular növbəti rəqiblə görüşə hazırlaşır. "Xəzər Lənkəran" 4-cü qarşılaşmasını yanvarın 30-da Moldovanın "Zimbru" klubuna qarşı keçirəcək.
Qeyd edək ki, “Eter” daha öncə Antalyada “Bakı” ilə heç-heçə edib (1:1) və AZAL-a hesabı ilə uduzarkən (0:1) oyun işıq dirəyinin aşması səbəbindən yarımçıq dayandırılıb.

0
0