Mario Balotelli “Milan”da tibbi müayinədən keçəcək
28.01.2013 - 21:25
“Mançester Siti”nin hücumçusu Mario Balotelli “şəhərlilər”in bugünkü məşqindən sonra komanda yoldaşları ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu "Milan"da tibbi müayinədən keçmək üçün yaxın saatlarda İtaliyaya getməlidir.
Milanlılar forvardın transferi üçün ingilis klubuna 20 milyon avro təklif edib və bu məbləği 6 il boyunca ödəmək niyyətindədir. Lakin “Mançester Siti” rəhbərliyi Balotellini 25 milyon avroya satmaq istəyir. Əgər tərəflər arasında razılıq əldə olunduğu təqdirdə, onda Mario 2017-ci ilə qədər "Milan"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Balotelli Milan şəhərinin digər klubu "İnter"in gənclər komandasının yetirməsidir. O, 2010-cu ildə “Mançester Siti”yə transfer olunub və burada 54 oyunda meydana çıxaraq 20 qola imza atıb.

0
0