Messinin yeni rekordları
28.01.2013 - 22:01
Messinin yeni rekordları
Dünən İspaniya La Liqasının 21-ci turunda “Osasuna” ilə oyunda 4 qola imza atan “Barselona”nın hücumçusu Lionel Messi yeni rekordlar müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu İspaniya çempionatları tarixində bir klubda ard-arda 11 matçda qol vuran və 200 qol həddini aşan ən gənc oyunçu kimi tarixə düşüb.

Kataloniya təmsilçisi üçün 22-ci dəfə het-trik edən Messi, həmçinin karyerasında 5-ci dəfə bir oyunda rəqib qapılarından 4 qol keçirmiş olub.

Qeyd edək ki, Lionel La Liqada çıxdığı 235 oyunda 202 qol vurub. Messidən öncə isə 200 qol həddini aşan futbolçular Telmo Zarra (251), Huqo Sançes (234), Raul Qonzales (228), Alfredo di Stefano (227), Sesar Rodriqes (223), Quini (219) və Pahino (210) olublar.