Superliqada məşqçi təyinatı
28.01.2013 - 22:28
Superliqada məşqçi təyinatı
Türkiyə Superliqasının 19-cu turunda səfərdə “Elazığspor” (3:1) məğlubiyyətindən sonra istefa verən “Trabzonspor”un baş məşqçisi Şenol Günəşin yerinə yeni çalışdırıcı təyin edilib. Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi Tolunay Qafkasla anlaşıb.

Sabah “Trabzonspor” yeni mütəxəssisi ilə 3.5 illik müqavilə imzalayacaq. Bu xəbəri komandanın prezidenti Sədri Şener keçirdiyi mətbuat konfransında təsdiqləyib: ”Tolunay Qafkasla 3.5 illik ilkin razılığa gəldik. İmza mərasimi isə sabah baş tutacaq. O, komandanın sükanı arxasına öz qrupu ilə keçəcək”.

Qeyd edək ki, Tolunay Qafkasın sonuncu iş yeri Türkiyə U-21 milli komandası olub. O, gəcnlər yığmasını bir il (2012-2013) çalışdırıb.