“Polşaya getsəydim, daha yaxşı olardı” - MÜSAHİBƏ
29.01.2013 - 00:03
"İnter" klubunun futbolçusu Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Zədə səbəbindən 10 gün məşqlərdə iştirak etmədiniz. Nə vaxt zədələnmişdiniz?
- Fiziki məşqlər zamanı ayağımdan zədələndim. Qaçan zaman ayağımda ağrılar hiss etdim. Aydın oldu ki, zədələnmişəm. Şükürlər olsun ki 2 gündür məşqlərə başlamışam.
- Belə məqamda zədələnməyin nə ilə bağlı idi: bəlkə artıq çəkiniz var idi?
- Elə bir artıq çəkim də yox idi. Yəqin ki, ayaqlar hazır deyildi.
- Bəs fasilə müddətində fərdi qaydada məşq etmirdiniz?
- Sözün düzünü deyim ki, məşq etməmişəm. Bütün istirahətimi ailəmə sərf etmişəm.
- Yəqin ki, fiziki yükləmələr zamanı zədələnməyiniz də bununla bağlıdır...
- Ola bilər. Hazırda fərdi məşqlər edirəm. Məşqçilər çalışır ki, yaxın günlərdə komandanın hazırlığına qoşulum. Gələn həftə buna nail olacağımı düşünürəm.
- Təxminən 20 günə yaxındır ki, Antalyadasınız. Bu müddətdə keçdiyiniz hazırlıq mərhələsini necə dəyərləndirərdiz?
- Hazırlıq deyəndə, ilk növbədə fiziki planda çalışmalar həyata keçirdik. Çünki hər bir futbolçu 16-17 gün istirahət edib. Hamımızın yenidən əvvəlki formasına qayıtmağı lazım idi. Buna görə də səhər məşqlərində qaçırıq, axşam isə toplu çalışmalara üstünlük veririk. Ağır yükləmələr də olmur. İnşallah, çempionatın ikinci hissəsinə daha yaxşı hazırlaşacağıq. Çünki çempion olmaq üçün mübarizə aparırıq.
- Yoxlama oyunlarından hansı nəticələri çıxarmaq olar?
- Adından da göründüyü kimi, bu cür oyunlarda baş məşqçi futbolçuların hazırlığını yoxlayır. Necə ki, çempionatın arxada qalan hissəsində birinci olmuşuq, bunu mövsümün sonuna qədər davam etdirmək niyyətindəyik. Bunun üçün də tam hazır olmalıyıq. Komandada yeni oyunçu var. Söhbət Yuri Fomenkodan gedir. Əgər o, əsas heyətdə oynayacaqsa, indidən bizimlə matçlarda iştirak etməlidir ki, komandanın oyun sisteminə uyğunlaşsın. Yoxlama oyunları pis keçmir. Sonradan təhlillər aparılır və çatışmazlığımızı baş məşqçi diqqətimizə çatdırır. Sözsüz, onları aradan qaldırmalıyıq.
- Amma nəticələr heç də ümidverici deyil...
- Burada nəticə vacib deyil. Bunlar rəsmi oyunlar olmadığına görə, nəticəyə ciddi fikir vermirik. Nəticə bizə çempionat oyunlarında lazımdır. Çempionatda bəzən yaxşı oynayırsan, amma xal qazana bilmirsən. Ancaq pis oynadığın halda qələbə qazandığın görüşlər də olur.
- “İnter”də əsas problem hücum xətti ilə bağlıdır. Həmin mövqeyə isə yalnız Fomenko transfer edildi. Onun gəlişi ilə bu problem həll olunacaqmı?
- Əgər onu komandaya cəlb ediblərsə, müsbət nəticələr gözləyirlər. Təbii ki, biz də komanda yoldaşı kimi qollar vurmasını istəyirik. Lider komandaya qoşulan futbolçu buna layiq olduğunu oyunu ilə sübut etməli, xeyir verməlidir. Onun bizə köməyinin dəyəcəyinə inanıram.
- Qış fasiləsində Polşa klublarından birinə yollanmalı idin. Planının baş tutmaması sənə necə təsir edir?
- Görünür, qismət belə imiş. Polşaya getsəydim, bəlkə daha yaxşı olardı. Və ya əksinə, ola bilərdi pis olsun. Mən futbolumu oynayıram. Əgər xarici klubdan təklif varsa, bununla rəhbərlik məşğul olur. Bu dəfə nə isə alınmadı. Müqavilənin başa çatmasına 6 ay qalıb. Sona qədər “İnter”də oynayacam. Həm də bir qədər artırmalıyam.
- Psixoloji cəhətdən hansısa problem yaratmır?
- Düşünmürəm ki, keçidimin baş tutması oyunuma təsir etsin. Baş məşqçimizlə, klub rəhbərliyi ilə münasibətlərimiz qaydasındadır. Yəqin maliyə baxımından ortaq məxrəcə gələ bilməyiblər. İndi bütün diqqətimi zədəmin tam sağalmasına yönəltmişəm.

0
0