Kosmin Kontra: Pulhak çox sürətli müdafiəçidir - MÜSAHİBƏ
29.01.2013 - 00:00
Kosmin Kontra: Pulhak çox sürətli müdafiəçidir - MÜSAHİBƏ
“Petrolul”un baş məşqçisi Kosmin Kontranın apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Qəbələ”yə 0:2 hesabı ilə yenildiz. Sizcə, məğlubiyyətin səbəbi nədir?
- Bu bizim toplanış zamanı keçirdiyimiz ilk oyun idi. Ona görə də oyunumuz istənilən səviyyədə alınmadı. “Qəbələ” matçda ərazi üstünlüyünə malik idi. Biz demək olar ki, bütün komponentlərdə rəqibimizə uduzurduq.

- Azərbaycan futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Hesab edirəm ki, ölkənizdə futbol sürətlə inkişaf etməkdədir. Son illər futbolunuza yaxşı pul yatırımı var. Bunun sayəsində də çempionatınızda yaxşı futbolçular top qovur.

- Bu gün sizə qarşı rumıniyalı Kristian Pulhak çıxış etdi. Eləcə də, oynamasa da “Timişoara” və “Styaua”nın sabiq futbolçusu İfeanyi Emeqara “Qəbələ”nin yeni transferidir. Onlar haqda nə deyə bilərsiz?
- Pulhakı tanıyırdım. Çox sürətli müdafiəçidir. O, Rumıniyada “Dinamo”dakı çıxışları ilə tanınır. Bizə qarşı da yaxşı çıxış etdi. Ancaq Emeqara haqda dəqiq bir söz deyə bilmərəm. Çünki onun oyununu xatırlamıram.

- “Qəbələ”li futbolçulardan kimi fərqləndirərdiz?
- “9” və “11” nömrəli futbolçularınızın oyunu xoş təsir bağışladı (Viktor Mendi ilə Yannik Kamananı nəzərdə tutur – S.T.).

- Ölkəmizdə bir neçə həmyerliniz işləyib. Azərbaycandan təklif alsanız, işləməyə razı olarsız?
- Bunu gələcək göstərər. Ancaq indi “Petrolul”dayam və bütün diqqətimi komandamın işinə yönəltmişəm. Məqsəd Rumıniya kubokunu bu il muzeyimizə aparmaqdır.

Səbuhi TOFİQOĞLU
ANTALYA