Ünal Aysal: Droqba bizə layiq olan bir futbolçudur
28.01.2013 - 23:41
“Siz də mənim qədər bu transferi yaxından izlədiniz. Bu bir neçə gündür davam edən bir araşdırma idi. Səhər birbaşa müzakirəyə oturduq və axşam saatlarında da transferi həll etdik. Droqba bizə layiq olan bir futbolçudur. Onun faydalı olacağını da düşünürəm. Son dərəcə xoşbəxtəm. Bu transfer bütün azarkeşlərimizə komandanın idarə heyətinin bir hədiyyəsi olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Ünal Aysal deyib. O, “Cim-Bom “un Fil Dişi Sahili milli komandasının ulduz futbolçusu Didye Droqbanın transferinin rəsmən açıqlamasından sonra klubun televiziyasına müsahibə verib.
Aysal 34 yaşlı forvardla telefon vasitəsi ilə danışdıqlarını və onunla razılığa gəldiyini bir daha ifadə edib:
“Droqba “Qalatasaray” kimi böyük bir komanda ilə anlaşdığı üçün son dərəcə sevincliyəm. Mən və məşqçilərimiz onunla telefon vasitəsi ilə danışdıq. Nəhayət, Didye İstanbul klubuna gəlməyə qərar verdi. Onun üçün də yaxşı bir qərar olduğunu düşünürəm. İnşallah xeyirli olacaq”.
Qeyd edək ki, “Qalatasaray” Didye Droqba ilə 1,5 illik müqavilə imzalanıb. Ulduz futbolçu 4 milyon imza pulu ilə yanaşı, mövsümün sonunadək 2 milyon avro, gələn mövsüm 4 milyon avro və müqaviləsi daha bir mövsüm uzadılarsa, 2,9 milyon avro qazanacaq.

0
0