Mali və Qana növbəti mərhələdə
29.01.2013 - 00:18
Mali və Qana növbəti mərhələdə
Afrika Millətlər Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin onuncu oyun günündə B qrupu çərçivəsində son iki oyun baş tutub.

Konqo Demokratik Respublikası Mali yığma komandası ilə üz-üzə gəlib. İlk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 1:1. Nəticədə Mali pley-off mərhələsinə vəsiqə qazanıb.

Günün digər oyununda isə Nigerlə Qana milliləri münasibətlərinə aydınlıq gətirib. İkincilər rəqibini 0:3 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.


Afrika Millətlər Kuboku

B qrupu

28 yanvar

Konqo Demokratik Respublikası - Mali
Mərakeş – CAR – 2:2

Niger – Qana
Qyan, 6, Atsu, 23, Boye, 49