Rumıniya KİV-indən “Qəbələ”nin yeni transferlərinə böyük ilgi
29.01.2013 - 00:26
Rumıniya KİV-indən “Qəbələ”nin yeni transferlərinə böyük ilgi
“Qəbələ” – “Petrolul” oyununu çox sayda Rumıniya mətbuatının əməkdaşları da izləyib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, oyun başa çatdıqdan sonra rumıniyalı həmkarlarımız “Qəbələ”nin yeni transferləri Kristian Pulhak və İfeanyi Emeqaradan müsahibə götürüb.

Bunun da səbəbi əsassız deyil. Pulhak ölkəsində “Dinamo”nun üzvü kimi kifayət qədər tanınır. Nigeriyalı Emeqara isə 2006-cı ildən Rumıniyanın “Timişoara” və “Styaua” klublarında top qovub. Rumıniyalı jurnalistlərdən biri sonra “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun da oyunla bağlı fikirlərini öyrənib.

Səbuhi TOFİQOĞLU
ANTALYA