Antalyada son təyinatlar
29.01.2013 - 00:47
Antalyada son təyinatlar
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinin son təyinatları məlum olub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, hazırlıqların son günündə həmyerlilərimiz 2 qarşılaşmada fit çalacaq. Bugünkü görüşlərə Anar Salmanov və Etibar Həsənov baş hakim kimi təyinat alıb.

Salmanovun rəhbərlik etdiyi briqada "Zenit" (Rusiya) - "Split" (Xorvatiya) matçında ədaləti qoruyacaq. Bu matç Rusiya telekanallarından biri ilə canlı yayımlanacaq. FİFA referisinə Yaşar Abbasov-Zeynal Zeynalov yardım edəcək. Digər Rusiya təmsilçisi "Anji"nin əvəzediciləriylə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi arasında baş tutacaq oyuna da bizim hakimlər təyinat alıb. Bu matçda Həsənova Rail Ramazanovla İskəndər Əliyev yardım edəcək.