Anar Salmanov hamıdan öndə
29.01.2013 - 00:52
Anar Salmanov hamıdan öndə
Yanvarın 15-dən Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan hakimləri Antalyada 48 yoxlama oyunu idarə edib. Apasport.az saytının qonşu ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bugünkü 2 qarşılaşma ilə bu rəqəm 50-yə çatacaq.

Ədalət təmsilçilərimiz Azərbaycan nəzərə alınmamaqla 17 ölkədən olan komandaların matçlarına təyinat alıb. Bu günkü günə qədər Anar Salmanov, Fariz Yusifov vəı Ömər Paşayev bu göstəricidə rekordçudurlar. Onlar hərəyə 4 dəfə meydana çıxıblar. Lakin toplanışın son günündə də iş başında olacaq Salmanov hazırlıqları hamıdan öndə 5 oyunla tamamlayacaq.