“Antalyaspor”dan Dodoya maraq
29.01.2013 - 00:53
“Qəbələ” – “Petrolul” oyununu “Antalyaspor”un nümayəndəsi də izləyib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Superliqa klubunun məşqçisi Abdülkərim Koç “Miracle” otelinin meydançasında keçirilən matçı ilk dəqiqələrdən sonacan izləyib.
Belə ki, Mehmet Özdiləyin köməkçisi olan Koç bizə “Qəbələ”nin braziliyalı futbolçusu Dodonun gözəl oynadığını, bu oyunçu haqda məlumat verməyimizi istəyib. Yaşı və hansı klublarda oynaması ilə maraqlanan Koç futbolçu bəyənmək üçün adıçəkilən məkanda olduğunu bildirib.
O həmçinin ötən il Cavid İmamverdiyevi istədiklərini, bunun üçün “Neftçi” – “Qarabağ” oyununu izlədiklərini də dilə gətirib. Koç onun hazırda Kiyev “Dinamo”sunun düşərgəsində olduğunu eşidincə, onun orda oynaya biləcək səviyyədə oyunçu olduğunu ifadə edib.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0