Qvardiolanın ilk hədəfi Luis Suaresdir
29.01.2013 - 01:14
Qvardiolanın ilk hədəfi Luis Suaresdir
“Bavariya”nın gələcək mövsüm üçün anlaşdığı baş məşqçi Xosep Qvardiola artıq komandaya transfer edəcəyi futbolçuların siyahısını hazırlayıb. Apasport.az saytının ingilis mətbuatına istinadən məlumatına görə, “Barselona”nın sabiq çalışdırıcısı siyahısının ilk pilləsində “Liverpul”un hücumçusu Luis Suaresin adını yazdığı bildirilir.

Uruqvaylı forvardın Premyer Liqa təmsilçisi ilə 2018-ci ilə qədər müqaviləsi var və “Liverpul” oyunçusunu asan buraxmaq niyyətində deyil. İngiltərə klubu mövsüm sonunda Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi təqdirdə isə işi çətinləşəcək. Belə ki, Suares daha öncə qitənin ən mötəbər klub turnirində çıxış etmək istədiyini açıqlamışdır. 2010-2011-ci ilin mövsümünün əvvəlində “Liverpul”a transfer olan Luisi ingilislər ən az 40 milyon funt-sterlinq dəyərində satmaq fikrindədirlər.

Qeyd edək ki, bir neçə gün öncə Fransa qəzeti “L’Equipe” “Bavariya” rəhbərliyinin gələcək mövsümdə transfer üçün Xosep Qvardiolaya 278,3 milyon avro dəyərində bir büdcə verəcəyini yazmışdır.