"Əskişəhərspor" turu qələbə ilə başa vurdu
29.01.2013 - 01:48
"Əskişəhərspor" turu qələbə ilə başa vurdu
Türkiyə Superliqasında 19-ci turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə bir qarşılaşma baş tutub.

"Əskişəhərspor" doğma publika önündə "Orduspor"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi nəticələnib. Fasiləyə qədər hesabı aça bilməyən əskişəhərlilər, matçın 87-ci dəqiqəsində istəyinə nail olub. Necati Ateşin vurduğu qol "Əskişəhərspor"a 3 xal qazandırıb.

Bu qələbədən sonra "Əskişəhərspor" xalını 28-ə çıxararaq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Orduspor" isə 21 xalla 14-cü yerə yuvarlanıb.


Türkiyə Superliqası

19-cu tur

25 yanvar

"Karabükspor" - "Kasımpaşa" - 0:3
Viudez, 22, Çolak, 45, Uçe, 73

26 yanvar

"İstanbul BB" - "Bursaspor" 4:1
Madureyra, 19, Holman, 30, Ekşioğlu, 58, Viska, 75 - Batalla, 83

"Gənclərbirliyi" - "Akhisar Bələdiyyəspor" 1:0
Kulusiç, 20

"Qaziantepspor" - "Fənərbaxça" 1:2
Sernas, 42, Sou, 65, Semih, 83

27 yanvar

"Kayserispor" - "Antalyaspor" 2:0
Yılmaz, 3, Bobo, 21

"Elazığspor" - "Trabzonspor" 3:1
Kaloğlu, 21, Yedek, 78, Gürler, 85 – Sapara, 90

"Mersin İdmanyurdu" - "Sivasspor" 3:0
Kulio, 11; 44, Ərdəm, 87

"Qalatasaray" - "Beşiktaş" 2:1
Çolak, 3, Riera, 45 – Sivok, 46

28 yanvar

"Əskişəhərspor" - "Orduspor" 1:0
Ateş, 87