Georgi Nikolov “İnter”in üzvləri ilə görüşdü - FOTOSESSİYA
29.01.2013 - 02:15
Georgi Nikolov “İnter”in üzvləri ilə görüşdü - FOTOSESSİYA
"İnter" toplanış çərçivəsində məşqlərini davam etdirdi. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, məşq öncəsi komandanın prezidenti Georgi Nikolov “bankirlər”in üzvləri ilə görüşüb, məşq prosesi barədə maraqlanıb və hamıya uğurlar arzulayıb. Daha sonra baş məşqçi Kaxaber Tsxadadze hazırlıq prosesi barədə qısa məlumat verib və yaradılan şəraitdən razılığını bildirib.

Görüşdə komandanın direktoru Natiq Məmmədov da iştirak edib.
Ardınca “İnter” məşqlərə başlayıb. Səhər məşqində fiziki hərəkətləri yerinə yetirən futbolçular sonradan kiçik qapılara dəqiq zərbələr endiriblər.
Komanda üzvləri axşam məşqində isinmə hərəkətlərini yerinə yetirməklə yanaşı, taktiki məşğələlər üzərində də çalışıblar.

Qeyd edək ki, "İnter" bu gündə iki dəfə məşq edəcək.