Avropa İttifaqı oyun alqı-satqısına əl qoydu
29.01.2013 - 02:40
Avropa İttifaqı oyun alqı-satqısına əl qoydu
Avropa İttifaqı Təşkilat Komitəsi oyun alqı-satqısında araşdırılan matçlarla əlaqədar detalları açıqlayacağını bildirib. Apasport.az saytının məlumatına görə, sözügedən təşkilat fevralın 4-də keçiriləcək mətbuat konfransında oyun alqı-satqısının necə edildiyini və oyun alqı-satqısında nə qədər yüksək miqdarda pulların ödənildiyi ilə əlaqədar nümunələr veriləcəyini ifadə edilib.

Beynəlxalq matçların da olduğu istintaqın nəticələrinin açıqlanacağı mətbuat konfransına Avropa Birliyi Təşkilat Komitəsi ilə birgə İnterpol, Eurojust (AB mühakimə əməkdaşlıq vahidi) və almaniyalı, macarıstanlı, finlandiyalı həmçinin sloveniyalı nümayəndələrin iştirak edəcəyi də vurğulanıb.