Droqba ilk dəfə “Qalatasaray”ın formasını geydi
29.01.2013 - 04:10
Droqba ilk dəfə “Qalatasaray”ın formasını geydi
“Qalatasaray”ın dünən ilkin razılığa gəldiyi Fil Dişi Sahili milli komandasının hücumçusu Didye Droqba ilk açıqlamasını verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard bunları ifadə edib: “Qalatasaray” kimi məşhur bir klubda oynamaq, rədd edə bilməyəcəyim bir təklif idi. Yenidən Çempionlar Liqasında Avropanın ən yaxşı klublarına qarşı oynamağı səbirsizliklə gözləyirəm”.

Həmçinin futbolçu “sarı-qırmızı”lı forma ilə ilk dəfə şəkil çəkdirib. Ölkəsinin yığma komandası ilə CAR-da keçirilən Afrika Millətlər Kubokunda çıxış edən Droqba geydiyi “Qalatasaray”ın forması ilə poza verib və fotoşəkilini sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Didye Droqba “Qalatasaray”la 1,5 illik müqavilə imzalayıb.