Konte ilə Bonuççi iki, Kyellini bir matçlıq cəzalanıb
29.01.2013 - 07:07
“Yuventus"un baş məşqçisi Antonio Konte və müdafiəçisi Leonardo Bonuççi komandanın növbəti iki oyununu kənardan izləmək məcburiyyətində qalacaq. Apasport.az saytının məlumatına görə, hər iki şəxs İtaliya Futbol Federasiyası tərəfindən cəzalanıb.
Buna səbəb A seriyasının 22-ci turunda "Cenoa" (1:1) ilə qarşılaşmadan sonra Konte ilə Bonuççi oyunun baş hakimini kəskin şəkildə tənqid etməsi olub. Bununla yanaşı müdafiəçi Corco Kyellini də 1 matçlıq cəzalanıb. "Yuventus"un baş direktoru Beppe Marotta isə fevralın 18-nə qədər futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Turin klubu İtaliya A seriyasının 23-cü turunda səfərdə “Kyevo”nun qonağı olacaq.

0
0