“Simurq” yenə məğlub oldu - YENİLƏNİB
31.01.2013 - 20:50
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Simurq” hazırlıq prosesi çərçivəsində bu gün sonuncu - beşinci yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “sarı-qaralar” Qazaxıstan “Akjayik”i (0:1), Bolqarıstan MOİK-i (3:3), Rusiya “Tom”u (1:1), Xorvatiya "Slaven Belupo"sunun (0:3) ardınca Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb.
Görüş rumınların qələbəsi ilə başa çatıb – 2:1. Bu məğlubiyyətdən sonra “Simurq” Antalyadakı təlim-məşq toplanışında keçirdiyi beş yoxlama görüşlərini qələbəsiz başa vurmuş olub - 2 heç-heçə, 3 məğlubiyyət.
Ployeşti klubunun əsası 1924-cü ildə qoyulub və indiyədək fərqli adlar altında ölkə çempionatlarında çıxış edib. 4 dəfə ölkə çempionu (1930, 1958, 1959, 1966) olan “Petrolul” hazırda Rumıniya elitasında 6-cı pillədədir. Komandanı məşhur Kosmin Kontra çalışdırır. Onun fiziki hazırlıq üzrə köməkçisi isə “Neftçi” və “Xəzər Lənkəran”dan bizə yaxşı tanış olan italiyalı Covanni Melkiorredir.
Qeyd edək ki, “Petrolul” bundan öncə “Qəbələ” ilə də yoldaşlıq görüşündə qüvvəsini sınayıb və “qırmızı-qaralar” 0:2 hesabı ilə rəqibini məğlub edib.
“SİMURQ” (AZƏRBAYCAN) – “PETROLUL” (RUMINİYA) - 1:2

0
0