Balotelli gəldi, azarkeşlər özündən çıxdı
31.01.2013 - 06:30
“Mançester Siti”dən “Milan”a transfer olunan Mario Balotellini İtaliyada yüzlərlə azarkeş qarşılayıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun Milan şəhərinə gəlişi zamanı azarkeşlərlə birgə rəqs edib.
Lakin Balotellinin sevinci burada xoşbəxt sonluqla bitməyib. Belə ki, ulduz futbolçu restorana daxil olduqdan sonra onu qarşılamağa gələn azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Burada bir neçə polisin ciddi olmasa da yaralandığı bildirilir.
Qeyd edək ki, Mario Balotelli “Mançester Siti”dən “Milan”a 20 milyon avroya transfer olunub. O, “rossonyerlər”lə 2017-ci ilə qədər müqavilə imzalayıb.

0
0