Millimiz üçün özbək rekordu
31.01.2013 - 09:55
Millimiz üçün özbək rekordu
Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Dubay toplanışı çərçivəsində Özbəkistan millisi ilə görüşəcək.

Bu matç komandalar arasında 9-cu duel olacaq. İndiyədək rəqiblər artıq 8 dəfə üz-üzə gəlib. 4 dəfə millimiz, 2 dəfə isə asiyalılar qalib gəlib. Daha 2 oyunda qalib müəyyənləşməyib.

Bu qarşılaşmalarda 21 qol vurulub. Millimiz bu göstəricidə cüzi də olsa üstünlüyə malikdir – 11:10.

Bununla da Özbəkistan yığması millimiz üçün rekordçu rəqib olacaq. Belə ki, 21 illik tarixində heç bir komanda ilə 9 dəfə görüşməmişik. Bunadək Moldova, Finlandiya, Qazaxıstan da Özbəkistan kimi 8 dəfə millimizlə görüşüb. Lakin Dubaydakı oyunla özbəklər ən çox qarşılaşdığımız tək komanda olacaq.

Maraqlıdır ki, asiyalılarla 8 oyunun 3-ü indiki kimi fevrala təsadüf edib. Son görüş isə bu dəfəki kimi sabahkı tarixdə gerçəkləşib.

24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:1
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan 5:1
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan 2:1
21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:0
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan 0:0
7 mart 2007. Çimkənd. BT. Özbəkistan – Azərbaycan 0:1
1 fevral 2009 . Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1
1 fevral 2013. YO. Dubay. Azərbaycan – Özbəkistan