Yığmamız “Rubin”lə heç-heçə oynadı
31.01.2013 - 10:11
Yığmamız “Rubin”lə heç-heçə oynadı
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın "Rubin" klubunun əvəzedici heyəti ilə oyunu 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində qolları yarımmüdafiəçilər Rizvan Umarovla Abdulla Abasiyev vurub.

Mənbə: affa.az