Azərbaycan yığmasının 22-ci startı, yaxud son 7 ilin 5-də heç-heçə
31.01.2013 - 10:33
Azərbaycan yığmasının 22-ci startı, yaxud son 7 ilin 5-də heç-heçə
Azərbaycan milli komandası 2013-cü ildə ilk matçına sabah çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız özü üçün sayca 22-ci ilə start verəcək.

Dubayda Özbəkistanla qarşılaşacaq yığmamız indiyədək cəmi 3 dəfə ilin ilk oyununda qalib gəlib. Daha 8 dəfə isə yığmamızın qazancı heç-heçə olub. Digər 10 halda futbolçularımız məğlubiyyət acısı yaşayıb.

Millimiz artıq 4-cü dəfədir ki, ilə Özbəkistanla qarşılaşma ilə başlayır. 2001, 2007 və 2009-cü illərdə də eyni rəqiblə ilə başlamışdıq. Bunlardan birincisində uduzan komandamız növbəti 2 halda heç-heçə ilə kifayətlənib. Ümumiyyətlə son 7 ildən 5-də ilk matç heç-heçə başa çatıb.

1992. 17 sentyabr. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3
1993. 25 may. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0
1994. 19 aprel. Ta Qali. YO. Malta – Azərbaycan 5:0
1995. 29 mart. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1
1996. 15 fevral. Larnaka. YO. Estoniya – Azərbaycan 0:0
1997. 1 mart. Larnaka. YO. Azərbaycan – Estoniya 0:2
1998. 22 mart. Bakı. YO. Azərbaycan – Moldova 1:0
1999. 6 mart. Larnaka. YO. Azərbaycan – Estoniya 2:2
2000. 6 fevral. Ta`Qali. BT. Malta – Azərbaycan 3:0
2001. 15 fevral. Albena. YO. Özbəkistan – Azərbaycan 2:1
2002. 20 fevral. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0
2003. 12 fevral. Podqoritsa. AÇ. Serbiya və Çernoqoriya – Azərbaycan 2:2
2004. 18 fevral. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0
2005. 21 yanvar. YO. Trinidad və Tobaqo – Azərbaycan 1:0
2006. 28 fevral. Bakı. YO. Azərbaycan – Ukrayna 0:0
2007. 7 fevral. Karşi. YO. Özbəkistan – Azərbaycan 0:0
2008. 3 fevral. Antalya. YO. Azərbaycan – Qazaxıstan 0:0
2009. 1 fevral. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1
2010. 25 fevral. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
2011. 9 fevral. YO. Dubay. Azərbaycan – Macarıstan 0:2
2012. 24 fevral. YO. Dubay. Azərbaycan – Sinqapur 2:2
2013. 1 fevral. YO. Dubay. Azərbaycan – Özbəkistan