Millimizin məşqçisinə Kölndən təklif
31.01.2013 - 11:35
Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen yığmamızı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun köməkçisi vətənindən təklif alıb.
Belə ki, Regionalliqada çıxış edən Köln “Viktoriya”sı Yanseni baş məşqçi postuna dəvət edib. Çalışdırıcısı Volfqanq Yeratı istefaya göndərən kölnlülər 3 mütəxəssislə danışıqlar aparır. Onlardan da biri Yansendir. Ralf Aussem və Cino Lettyeri ilə də danışıqlar aparan Almaniya təmsilçisi yaxın günlərdə seçimini edəcək.
Qeyd edək ki, Yansen 2008-ci ilin payızından millimizdə çalışır.

0
0